İyulun 28-30-u Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Russia Halal Expo 2021” Sərgisi keçirilmişdir. Sərgidə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan məhsulları da nümayiş olunur. Azərbaycanın stendində sahibkarlar tərəfindən müxtəlif ət məhsulları və eləcə də SAB brendi var.